Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 27-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Zirə” ilə “Kəpəz”ın əvəzediciləri arasındakı görüşdə Gəncə təmsilçisi inamlı səfər qələbəsinə sevinib.
“Qəbələ”nin ikinci komandası isə səfərdə “Araz-Naxçıvan”ın əvəzedicilərini 9 cavabsız qolla məğlub edib.
Əvəzedicilər Liqası
27-ci tur
16 mart
“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Tofiq Nəsibov, 31 – Nurlan Şabanov, 28.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt-2” – “Sabah-2” 3:1
Qollar: Uğur Cahangirov, 7. Əjdər Hacılı, 69. Tural Axverdiyev, 73 – Nicat Quliyev, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Neftçi-2” – “Səbail-2” 7:0
Qollar: Bahadur Quliyev, 9; 16; 43. Ağadadaş Salyanski, 31. Həbib İsmayılov, 47. Cavanşir Şahbazlı, 64. Murad Məmmədov, 73.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
17 mart
“Zirə-2” – “Kəpəz-2” 2:4
Qollar: Elşən Abdullayev, 44, Məhəmməd Səfərov, 48 – Ümid Səmədov, 24. Camal Cəfərov, 45. Fərid Kələntərov, 51; 64.
Hakimlər: Nazim Abdullayev, Kərim Zeynalov, Aydın Baxşıyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 15:00.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 0:9
Qollar: Sənan Ağalarov, 48. Okan Təhməzli, 52; 64. Ravil Qafarov, 55. Xəyyam Məmmədli, 66; 89. Elnur İbragimov, 72. Eşqin Əhmədov, 75. Bilal İsmayılov, 86.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 15:00.
