Əvəzedicilər: “Qarabağ” “Kəpəz”i 4 qolla məğlub etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında bu gün “Qarabağ” və “Kəpəz” klublarının əvəzedici komandaları qarşılaşıblar. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər. Bu nəticədən sonra Ağdam klubu 4 xalla vahid lider olub.

Əvəzedicilərin yarışında 2-ci turun qalan oyunları avqustun 11-də və 12-də baş tutacaq.

Əvəzedicilər Liqası
2-ci tur
10 avqust

“Qarabağ-2” – “Kəpəz-2” 4:1
Qollar: Nihad Mollayev, 65. Mahmud Ağayev, 69. Rüstəm Əlizadə, 70. Eltun Babazadə, 77 – Fariz Nəcəfov, 45.
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Elşad Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 18:00.

11 avqust

“Araz-Naxçıvan-2” – “Şamaxı-2”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Asiman Əzizli, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 16:45.

“Səbail-2” – “Neftçi-2”
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 18:30.

12 avqust

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gulnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 18:00.