Əvəzedicilər: “Qarabağ” “Neftçi”yə uduzdu, “Qəbələ” 3 qola sevindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 25-ci turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Qəbələ”nin əvəzediciləri “Səbail”in ikinci komandası ilə ev oyununda darmadağına seviniblər.

“Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasındakı oyunda da meydan sahibləri qələbə qazanıblar.

Əvəzedicilər Liqası
25-ci tur
2 mart

“Sumqayıt-2” – “Kəpəz-2” 1:3
Qollar: İlkin Məmmədov, 45 – Cəlil Allahverdiyev, 7. Adama Niane, 25. Nihat Fərəci, 41.
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

3 mart

“Sabah-2” – “Araz-Naxçıvan-2” 4:0
Qollar: Xəyal Əliyev, 25; 70. Emin Məcidzadə, 29. Nicat Quliyev, 75.
Hakimlər: Kamil Aydınov, Elman Kərimov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASK Arena”, 14:00.

“Zirə-2” – “Turan Tovuz-2” 4:0
Qollar: Raul Məmmədov, 45+2-öz qapısına. Şahmar Aşurov, 60. Mahmud Ağayev, 72. Fərid Tağıyev, 78.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 14:00.

4 mart

“Qəbələ-2” – “Səbail-2” 3:0
Qollar: Sənan Ağalarov, 17. Şahin Şahniyarov, 38. Xəyyam Məmmədli, 89.
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Neftçi-2” – “Qarabağ-2” 2:1
Qollar: Samir Həsənov, 47. Elcan Əbilov, 75 – Xəyal Ələkbərov, 44.
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.