Əvəzedicilər: “Qarabağ” “Sabah”a səfərdə qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 32-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail”lə “Araz-Naxçıvan”ın əvəzediciləri arasındakı görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sabah”ın ikinci komandası isə “Qarabağ”ın əvəzediciləri ilə ev oyununda məğlubiyyətə üzülüb.

32-ci tura aprelin 29-da keçiriləcək son bir oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
32-ci tur

26 aprel

“Turan Tovuz-2” – “Şamaxı-2” 5:3
Qollar: Cəmil Məmmədov, 14; 44. Nicat Quliyev, 58. Fərid Cəfərov, 59-pen; 69 – Nicat Xasıyev, 12; 39. Rəşid Rəşidli, 78.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

27 aprel

“Kəpəz-2” – “Zirə-2” 1:1
Qollar: Nemət Musayev, 90+3 – Ramiz Muradov, 52.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

28 aprel

“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Azad Əsgərov, 68 – Bayraməli Qurbanov, 45+1.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 16:00.

“Sabah-2” – “Qarabağ-2” 1:2
Qollar: Stefen Ende, 82 – Kamil Qardaşlı, 65. Qurban Səfərov, 90+2.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 17:00.

29 aprel

“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.