Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 24-cü turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.
“Qarabağ”la “Sabah”ın əvəzediciləri arasındakı qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər.
24-cü turun qalan görüşləri fevralın 27-də və 28-də keçiriləcək.
Əvəzedicilər Liqası
24-cü tur
22 fevral
“Neftçi-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
23 fevral
“Araz-Naxçıvan-2” – “Səbail-2” 2:3
Qollar: Bayraməli Qurbanov, 33. Tuqay Əlizadə, 34 – Məmməd Əhmədov, 44. Bəhram Köçərli, 81-pen; 83.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:00.
25 fevral
“Qarabağ-2” – “Sabah-2” 3:1
Qollar: Mahmud Ağayev, 45+1; 79. Qurban Səfərov, 89 – Ramil Nuraxmedov, 54.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azərsun Arena”, 15:00.
27 fevral
“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Rəhman İmami, Rasim Musayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 13:00.
28 fevral
“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Şirmamed Mamedov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 13:00.