Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 11-ci turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününə iki qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Şamaxı”nın ikinci komandası ilə ev oyununda 6 cavabsız qola sevinib.
“Sabah”la “Neftçi”nin əvəzediciləri arasındakı beş qolluq oyunda isə qonaqlar qələbəyə seviniblər.
Əvəzedicilər Liqası
11-ci tur
26 oktyabr
“Turan Tovuz-2” – “Kəpəz-2” 0:1
Qol: Cavad Kərimov, 30.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.
27 oktyabr
“Səbail-2” – “Sumqayıt-2” 2:1
Qollar: Vüsal Alızadə, 22. Məmməd Əhmədov, 48 – Tural Axverdiyev, 33-pen.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”, 15:00.
“Araz-Naxçıvan-2” – “Zirə-2” 2:2
Qollar: Amin Ağayev, 12. Ayxan Salamzadə, 88 – Şahmar Aşurov, 33. Vüsal Əliyev, 68-pen.
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Kərim Zeynalov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“ASK Arena”, 16:00.
28 oktyabr
“Qarabağ-2” – “Şamaxı-2” 6:0
Qollar: Nihat Mehralıyev, 18. Mahmud Ağayev, 23. Zaman Zamanlı, 25. Rüstəm Əlizadə, 30. Elmir Hüseynli, 62. Elton Mikayılov, 81-pen.
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”, 14:00.
“Sabah-2” – “Neftçi-2” 2:3
Qollar: Stefen Ende, 50. Amir Qəribov, 71 – Murad Məmmədov, 32. Fariz Xeyrullayev, 82. Murad Məmmədov, 90+3
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Rahil Ramazanov, Niyazi Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”, 16:00.



