Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 12-ci turun həyəcanı davam edir.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” ilə “Şamaxı”nın əvəzediciləri arasında keçirilən oyun məhsuldar alınıb. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.
12-ci tura noyabrın 4-də yekun vurulacaq.
Əvəzedicilər Liqası
12-ci tur
1 noyabr
“Sumqayıt-2” – “Sabah-2” 1:0
Qol: Əjdər Hacılı, 45.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rəhman İmami, Niyaz Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
2 noyabr
“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Elçin Qasımov, 17 – Nihat Mehralıyev, 51-pen.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.
“Neftçi-2” – “Araz-Naxçıvan-2” 3:1
Qollar: Fərhad Fərhadlı, 17. Həbib İsmayılov, 51. David Orucov, 74 – Nicat Quliyev, 90+1-pen.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 16:00.
3 noyabr
“Zirə-2” – “Şamaxı-2” 2:2
Qollar: Saleh Süleymanov, 28. Elşən Abdullayev, 50 – Ramin Əhmədov, 24; 78-pen.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “ASK Arena”, 16:00.
4 noyabr
“Kəpəz-2” – “Səbail-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.


