Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 31-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
“Şamaxı”nın ikinci komandası “Kəpəz”i, “Zirə”nin əvəzediciləri isə “Sumqayıt”ı qəbul edib. Hər iki oyunda meydan sahibləri oxşar hesabla (2:1) qələbə qazanıblar.
Əvəzedicilər Liqası
31-ci tur
19 aprel
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Kamil Mahmudov, 50. İftixar İbrahimov, 63; 65 – Ülvü Mədətov, 59. Fərid Cəfərov, 79.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.
20 aprel
“Qarabağ-2” – “Neftçi-2” 0:3
Qollar: Cavanşir Şahbazlı, 33. Sənan Ağayev, 36. Məhəmməd Məmmədli, 46.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Sevda Nuriyeva, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Sabah-2” – “Səbail-2” 6:4
Qollar: Stefen Ende, 24; 90+3. Şahin İbrahimov, 57. Amir Qəribov, 60. Ramil Nuraxmedov, 65; 88 – Rəvan Abasov, 18-pen. Bəhram Köçərli, 38. Ömər Qurbanov, 43; 45+2.
Hakimlər: Əkbər Əhmədov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “ASK Arena”, 17:00.
21 aprel
“Şamaxı-2” – “Kəpəz-2” 2:1
Qollar: Nicat Xasıyev, 32. Murad Vəliyev, 47 – Nemət Musayev, 38.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.
“Zirə-2” – “Sumqayıt-2” 2:1
Qollar: Ramin Abdullayev, 42. Musa Musazadə, 76 – Uğur Cahangirov, 56.
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Safalı Ağayev, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 16:00.
