Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 18-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
2024-cü ilə təsadüf edəcək sonuncu turun ilk oyununda “Kəpəz”lə “Sumqayıt”ın əvəzediciləri üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyunda “Sumqayıt” çətin qələbəyə sevinib.
“Sumqayıt-2” bu nəticədən sonra 24 xalla 5-ci, “Kəpəz-2” isə 23 xalla 6-cı pillədə qərarlaşıb.
Turun qalan görüşləri dekabrın 22-də və 23-də keçiriləcək.
Əvəzedicilər Liqası
18-ci tur
21 dekabr
“Kəpəz-2” – “Sumqayıt-2” 1:2
Qollar: Cavad Kərimov, 67 – Hüseyn Xıdırov, 60. Nihad Orucəli, 73.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
22 dekabr
“Turan Tovuz-2” – “Neftçi-2”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 14:00.
“Səbail-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Asiman Əzizli, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.
23 dekabr
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Vüsal Məmmədov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azersun Arena”, 14:00.
“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 15:00.



