Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 30-cu tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sumqayıt”la “Zirə”nin əvəzediləri qarşılaşıblar. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
30-cu turun qalan görüşləri bazar və bazar ertəsi günlərinə təsadüf edəcək.
Əvəzedicilər Liqası
30-cu tur
13 aprel
“Sumqayıt-2” – “Zirə-2” 3:1
Qollar: Ruslan Əliyev, 22. Kamran Quliyev, 37. Uğur Cahangirov, 65 – Saleh Süleymanov, 49.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
14 aprel
“Qəbələ-2” – “Turan Tovuz-2”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Neftçi-2“ – “Araz-Naxçıvan-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 16:00.
15 aprel
“Sabah-2” – “Qarabağ-2”
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Baxşıyev, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 14:00.
“Səbail-2” – “Kəpəz-2”
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Gülnurə Əkbərzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”, 15:00.