Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 10-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Sumqayıt”la “Turan Tovuz”un əvəzediciləri arasındakı dramatik oyunda qapılara bütövlükdə 9 qol vurulub. Yekunda Tovuz təmsilçisi səfərdə 5:4 hesablı qələbəyə sevinib.
Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr
“Zirə-2” – “Sabah-2” 1:3
Qollar: Murad Ələkbərov, 80 – Şahin İbrahimov, 18. Oluvaseun Timilehin, 75. Niyazi Osmanov, 79.
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Masazır Arena” (ehtiyat meydança), 13:00.
“Kəpəz-2” – “Qarabağ-2” 1:2
Qollar: Toğrul Məmmədov, 70 – Nihat Mehralıyev, 51. Mahmud Ağayev, 65.
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
20 oktyabr
“Şamaxı-2” – “Araz-Naxçıvan” 1:0
Qol: Rüstəm Şıxəliyev, 82.
Hakimlər: Elvin Bayramov, Gülnurə Əkbərzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.
“Neftçi-2” – “Səbail-2” 0:0
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüqar Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 16:00.
21 oktyabr
“Sumqayıt-2” – “Turan Tovuz-2” 4:5
Qollar: Murad Rüstəmov, 12. Fernando da Silva, 25. Əjdər Hacılı, 34; 89 – Fərid Cəfərov, 10; 37. Murad Dadaşev, 54; 62. Murad Rüstəmov, 90-öz qapısına.
Hakimlər: Əkbər Əhmədov, Pərvin Talıbov, Asiman Əzizli, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.



