Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 16-cı turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Turun qapanış matçında “Turan Tovuz”la “Şamaxı”nın əvəzedici komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda 6 cavabsız qolla qalib gəliblər.
Əvəzedicilər Liqası
16-cı tur
8 dekabr
“Sabah-2” – “Qarabağ-2” 1:3
Qollar: Şahin İbrahimov, 63 – Nihat Mehralıyev, 44-pen. Uğur Səfərov, 69. Nihat Mehralıyev, 90+4.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 15:00.
“Səbail-2” – “Araz-Naxçıvan-2” 2:2
Qollar: Oruc Məmmədov, 80. Məmməd Əhmədov, 86 – Turan Vəlizadə, 3. Sənan Ağalarov, 48.
Hakimlər: Rauf Allahverdiyev, Sənan Atayev, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00
9 dekabr
“Kəpəz-2” – “Zirə-2” 2:1
Qollar: Nemət Musayev, 10-pen. Cavad Kərimov, 60-pen – Vüsal Əliyev, 77.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Sumqayıt-2” – “Neftçi-2” 0:3
Qollar: Həbib İsmayılov, 8. Kamal Kazımov, 88. Elcan Əbilov, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
10 dekabr
“Turan Tovuz-2” – “Şamaxı-2” 6:0
Qollar: Fərid Cəfərov, 2; 64; 74. Sadiq Şəfiyev, 57; 67. Nicat Quliyev, 78.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Teymur Teymurov, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 15:00.



