“Əziz Şuşa” beynəlxalq turnirinin Təşkilat Komitəsinin iclası keçirildi

Bu gün 2023-cü ilin iyun ayında baş tutacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib. Arena.az xəbər verir ki, tədbir Azərbaycan Velosiped Federasiyasında (AVF) təşkil olunub.

İclasa AVF-nin birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib. Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.

Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. Sahib Ələkbərov Təşkilat Komitəsinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, 2.2 kateqoriyalı 5 mərhələli velotur 2023-cü ilin iyun ayının 7-dən 11-dək davam edəcək. Turnir Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: