Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Lill”in 23 yaşlı kanadalı mərkəz hücumçusu Conatan Devidlə maraqlanır.
Arena.az bu barədə jurnalist-insayder Nikolo Skiraya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Lill” gənc ulduzu müqabilində 60 milyon avro istəyir. Hazırda danışıqların fəal mərhələdə olduğu bildirilir.
Conatan Devid geridə qalmış 2022/2023 mövsümündə “itlər”in heyətində 40 oyuna çıxıb, 26 qol vurub, 4 məhsuldar ötürmə vedib.
Devidin “Lill” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Fransaya köçməzdən əvvəl Conatan Devid Belçikanın “Gent” və Kanadanın “Ottava” klublarında oynayıb.
Devid Kanada yığmasının heyətində 40 oyun keçirib, 24 qol vurub və yığma komandası ilə 2023 CONCACAF Millətlər Liqasının finalçısı olub.
“Transfermarkt” internet-portalı Conatan Devidi 60 milyon avro məbləğində qiymətləndirir.
Bundan əvvəl mətbuatda Devidin “Real” və bir neçə İngiltərə Premyer Liqası təmsilçisinin maraq dairəsində olması haqda məlumat yayılmışdı.


