Əvəzedicilər Liqası: “Kəpəz” “Turan Tovuz”a evdə uduzdu

Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 3-cü tura start verilib.

Arena.az xəbər verir ki, bu gün baş tutan turun açılış matçında “Kəpəz”lə “Turan Tovuz”un əvəzediciləri üz-üzə gəliblər.

Gəncədə baş tutan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Əvəzedicilərin çempionatında 2 turdan sonra maksimum nəticə göstərmiş “Qəbələ”, “Neftçi” və “Zirə”nin 6 xalı var. “Qarabağ”, “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”ın əvəzediciləri 3 xal toplayıb. “Turan Tovuz” bu tur xal hesabını açdısa, “Kəpəz” və “Səbail”in ikinci komandaları hələ xalsızdır.

Əvəzedicilər Liqası
3-cü tur
19 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2” 0:2
Qollar: Taleh Həsənov, 19, Dinamin Bağırov, 39
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Rasim Axundov, Səbuhi Axundov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

20 avqust

“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Səbail-2” – “Zirə-2”
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Bakı. “ASCO Arena”, 17:00.

21 avqust

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.

“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: