Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında növbəti 3 turun oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, qurum 7, 8 və 9-cu turlarda keçiriləcək oyunların vaxtını və yerini açıqlayıb.
7-ci turun qarşılaşmaları 24-26 sentyabr aralığında baş tutacaq. 8-ci turun görüşləri 30 sentyabr – 2 oktyabr aralığında keçiriləcək. 9-cu tur isə 7-8 oktyabrda təşkil olunacaq.
Əvəzedicilər Liqası
7-ci tur
24 sentyabr
“Sumqayıt-2” – “Turan Tovuz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Zirə-2”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.
25 sentyabr
“Sabah-2” – “Kəpəz-2”
“ASK Arena”, 17:00.
“Səbail-2” – “Araz-Naxçıvan-2”
“Bayıl Arena”, 17:00.
26 sentyabr
“Qəbələ-2” – “Qarabağ-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
8-ci tur
30 sentyabr
“Qarabağ-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 16:00.
1 oktybar
“Turan Tovuz-2” – “Neftçi-2”
Tovuz şəhər stadionu, 15:30.
“Səbail-2” – “Sabah-2”
“Bayıl Arena”, 16:00.
2 oktyabr
“Kəpəz-2” – “Qəbələ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:30.
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 15:30.
9-cu tur
7 oktyabr
“Zirə-2” – “Turan Tovuz-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:00.
“Sumqayıt-2” – “Kəpəz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – Qarabağ-2”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.
8 oktyabr
“Qəbələ-2” – “Səbail-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Sabah-2” – “Araz-Naxçıvan-2”
“ASK Arena”, 17:00.
Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar olaraq “Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Qarabağ” klublarının əvəzedici komandaları əsas komandalardan 1 gün öncə görüşəcəklər.


