109 illik rekordu təkrarladı – “Mançester Yunyated”

“Mançester Yunyated” İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Vest Hem”ə qalib gəlib.

Arena.az xəbər verir ki, rəqibini 1:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” bu oyunda tarixi rekordu yeniləyib.

Belə ki, komanda kubokda arıdıcıl 9-cu ev qələbəsini qazanıb. Bu, sözügedən turnirdə ən uzun qələbə seriyasıdır.

“Mançester Yunayted” 109 illik rekordunu yeniləyib. Əvvəlki ən yaxşı göstərici də 1908-1912-ci illərdə bu komanda tərəfindən qeydə alınıb.