13-cü turun daha üç oyununa hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun daha üç oyunu üçün təyinatlar məlum olub.

Arena.az xəbər verir ki, fevralın 17-də keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər bunlardır:

Birinci Divizion
13-cü tur
17 fevral

“Turan Tovuz” – “Sumqayıt-2”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 14:00

“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Rauf Cabarov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

MOİK – “Zaqatala”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Elmin Süleymanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu, 14:00