14-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, turun oyunları iki gündə keçiriləcək. Açılış matçında “Qarabağ-2” səfərdə “Zaqatala” ilə qarşılaşacaq.

Lider “Turan Tovuz” bu turda “Qaradağ Lökbatan”ı qəbul edəcək, “Kəpəz” isə MOİK səfərinə yollanacaq.

Birinci Divizion
14-cü tur
23 fevral

14:00 Zaqatala – Qarabağ-2
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

24 fevral

14:00 Sabah-2 – Keşlə-2
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

14:00 MOİK – Kəpəz
Binə qəsəbə stadionu

14:00 Turan Tovuz – Qaradağ Lökbatan
Tovuz şəhər stadionu

15:00 Neftçi-2 – Sumqayıt-2
“Neftçi” klubunun bazası (4-cü meydança)