1600-dən çox azarkeşə AÇ qadağası

Qeyri-qanuni fəaliyyətlə əlaqəli 1600-dən çox britaniyalı futbol azarkeşinin AÇ-2024 zamanı ölkəni tərk etməsinə qadağa qoyulacaq.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu azarkeşlər pasportlarını təhvil verməyə mükəlləf olacaqlar. Əgər onlar təyin olunmuş yarışın keçiriləcəyi Almaniya ərazisinə səfər etsələr, onları 6 ay həbs və ya külli miqdarda cərimə cəzası gözləyir.

Vurğulanır ki, bu azarkeşlər Böyük Britaniyanı yalnız xüsusi icazə və öhdəlik ilə tərk edə biləcəklər. Bu “lotular”ın əksəriyyətinin adı futbol və idman adına yaraşmayan müxtəlif xuliqanlıq və təxribatla məşğul olmaqda hallanır. O cümlədən müxtlif qanunsuz işlərlə məşğul kəslər də bu siyahıda yer alıbar. Böyük Britaniya hökuməti müvafiq tədbiri ilə Avropa çempionatının keçiriləcəyi məkanlarda əmin-amanlığı qorumağı hədəfləyir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.