20 yaşlı qapıçısı Premyer Liqanın tarixinə düşdü

İngiltərənin “Lids” klubunun qapıçısı İllan Melye Premyer Liqanın 18-ci turunun təxirə salınmış “Sauthempton”la oyununda (3:0) yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, 20 yaşlı qapıçı Premyer Liqa tarixində bir mövsümdə ən çox “quru oyun” keçirən ən gənc qolkiper olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Melye bu mövsüm 8 matçda qapısını toxunulmaz saxlayıb.

Fransanın gənclərdən ibarət yığmasının da üzvü olan qolkiper, bu mövsüm “Lids”lə Premyer Liqada 24 oyuna çıxıb. O, bu görüşlərdə qapısından 42 qol buraxıb.