2023/2024 mövsümü üçün transfer dövrlərinin vaxtı bilindi

Futbol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümü üçün transfer dövrlərinin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yay transfer pəncərəsi iyunun 15-də start götürəcək və sentyabrın 5-də bitəcək.

2023/2024 mövsümü üzrə qış transfer dönəmi isə 2024-cü ilin 11 yanvarında açılacaq, 8 fevralda bağlı elan ediləcək.