Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin siyahısını açıqlayıb.
Arena.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya ən azı 10 qol vurmuş futbolçuların adları daxil edilib.
Şotlandiyanın “Reyncers” komandasından Ceyms Tavernye birinci pillədə qərarlaşıb. 32 yaşlı oyunçu 2023 təqvim ilində iştirak etdiyi bütün yarışlarda 26 qol vurub və bu göstərici XXI əsrin illik rekordudur. Tavernye artıq 3-cü dəfədir ki, təqvim ilində ən sərrast müdafiəçi olur. Buna qədər ingilis müdafiəçsi 2020-ci ildə 17 qol, 2022-ci ildə isə 22 qol vuraraq, ən qolçu müdafiəçi ola bilmişdi.
Maraqlıdır ki, Tavernye bir dəfə də olsun, yığmaya çağırılmayıb və bütün qollarını klubun heyətində vurub. 26 qoldan 14-nü Tavernye penaltidən, 12-ni isə oyundan vurub.
Yeni Zelandiyanın “Vellinqton Olimpik” klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiya “Sparta”sından Ladislav Kreyçi isə 20 qolla (9 penalti) üçüncü pillədə qərarlaşıb.
2023-cü ildə ən çox qol vuran müdafiəçilərin tam siyahısı belədir:
- Ceyms Tavernye (“Reyncers”, İngiltərə) – 26 qol (14 penalti)
- Benjamin Mata (“Vellinqton Olimpik”, Kuk adaları) – 21 (17 penalti)
- Lasdislav Kreyçi (“Sparta”, Praqa, Çexiya) – 20 (9 penalti)
- Höskuldur Qunnlauqsson (“Breydablik”, İslandiya) – 15 (5 penalti)
- Ramin Rezaeyan (“Sepahan”, İran) – 14 (2 penalti)
- Ali Məlul (“Əl-Əhli”, Tunis) – 13 (10 penalti)
- Vladimer Mamuçaşvili (“Dinamo”, Batumi, Gürcüstan) – 13 (0 penalti)
- Aleksander Şolts (“Urava Red Daymonds”, Danimarka) – 12 (11 penalti)
- Stefano Brundo (“Sri Pahanq”, İtaliya) – 12 (7 penalti)
- Maksim Osipenko (“Rostov”, Rusiya) – 12 (8 penalti)
- Georgi Qvelesiani (“Persepolis”, Gürcüstan) – 12 (10 penalti)
- Qonsalo Piovi (“Rasinq”, Argentina) – 11 (4 penalti)
- Edvinas Girdvainis (“Kauno Jalgiris”, Litva) – 11 (2 penalti)
- Karlos Ramires (“Deportivo Pereyra”, Kolumbiya) – 11 (8 penalti)
- Vensan Atinqa (“Medeama”, Qana) – 11 (8 penalti)
- Kendal Uatston (“Saprissa”, Kosta Rika) – 10 qol
- Daniel Munyos (“Genk”, Kolumbiya) – 10 qol