Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.
Arena.az xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Joze Mourinyo eranın ən yaxşı məşqçisi elan olunub.
2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisi seçilən portuqaliyalı mütəxəssisin hesabında 226 reytinq xalı var.
Siyahının 2-ci sırasında Almaniya yığmasına rəhbərlik edən Yoahim Löv yer alıb. Alman çalışdırıcının hesabında 213 xal var.
“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson və “Mançester Siti”nin hazırkı çalışdırıcısı Xosep Qvardiola isə üçüncü yeri bölüşür. Hər iki məşqçinin hesabında 183 xal var.
Siyahıda yer alan digər məşqçilər isə bunlardır:
Arsen Venger (Fransa) – 181
Karlo Ançelotti (İtaliya) – 165
Visente del Boske (İspaniya) – 157
Dieqo Simeone (Argentina) – 152
Didye Deşam (Fransa) – 131
Marselo Byelsa (Argentina) – 121
Fabio Kapello (İtaliya) – 120
Qus Hiddink (Niderland) – 112
Luis Felipe Skolari (Braziliya) – 110
Rafael Benites (İspaniya) – 103
Marselo Lippi (İtaliya) – 100