İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi növbəti uğura imza atıb.
Arena.az xəbər verir ki, 34 yaşlı hücumçu ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qranada”ya 5:3 hesabı ilə qalib gəldikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.
Messi 88-ci dəqiqədə Antuan Qrizmanın qol vurmasına yardımçı olub. Bu, argentinalı oyunçunun 300-cü məhsuldar ötürməsi (259-u klubda, 41-i millidə) kimi tarixə düşüb.
Qeyd edək ki, “Qranada” – “Barselona” matçının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 3 qol vuran Kataloniya klubu yarımfinala vəsiqəni təmin edib.