35 yaşdan yuxarı futbolçular arasında dünya çempionatı keçiriləcək

2024-cü ilin yayında 35 yaşdan yuxarı veteran sabiq futbolçular arasında dünya çempionatının keçirilməsi nəzərdə tutulub.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müvafiq yarışda 8 komandanın iştirakı planlaşdırılır.

İngiltərə:
Stiv Makmanaman (kapitan), Robbi Fauler, Maykl Ouen, Eşli Koul, Co Koul, Rio Ferdinand, Frenk Lempard, Devid Ceyms (qapıçı);

Argentina:
Esteban Kambyasso (kapitan), Ernan Krespo, Pablo Sabaleta;

Braziliya:
Emerson (kapitan), Kaka, Ronaldinyo, Roberto Karlos, Rivaldo.

Almaniya:
Kevin Kuranyi (kapitan), Məsut Özil, Sami Xedira;

İspaniya:
Miçel Salqado (kapitan), David Vilya, Karles Puyol, İker Kasilyas (həkimlər ürək fəsadlarından sonra ona icazə versələr);

İtaliya:
Marko Materatsi (kapitan), Fabio Kannavaro, Françesko Totti;

Uruqvay:
Dieqo Luqano (kapitan), Dieqo Forlan;

Fransa:
Kristian Karambö (kapitan), Tyerri Anri, Marsel Desayi.

Turnirin iyunun 4-dən 11-dək İngiltərədə keçiriləcəyi bildirilir. Yarışda, milli komandada oynamış və ya yüksək liqada 100-dən çox oyun keçirmiş 35 yaşdan yuxarı futbolçuların iştirakına icazə verilir. 11-in 11-ə oyun 70 dəqiqə davam edəcək, əks əvəzləmələrə icazə veriləcək.