Camal Musiala xəstəliyə tutuldu

“Bayern”in 21 yaşlı almaniyalı hücumameylli yarımmüdafiəçisi Camal Musiala xəstəliyə – qrip virusuna yoluxub.

Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.

Bu səbəbdən, gənc futbolçu Bundesliqanın 16-cı turu çərçivəsində yanvarın 11-də Mönhenqladbax “Borussiya”sı ilə keçiriləcək səfər oyunun oyunöncəsi komanda məşqini buraxacaq.

Musialanın sağalacağı müddət haqda açıqlama verilməyib.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Hazırda bir çox Avropa nəhəngləri artıq indidən alman yarımmüdafiəçinin ovuna çıxıblar.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.

Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 22 oyun keçirib, 14 qol vurub, 6 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 185 oyun, 57 qol və 37 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: