İspaniya La Liqasının prezidenti Xavyer Tebas VAR sisteminin işinə dəyişiklik edilməsinin zəruriliyi haqda söhbət açıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Tebasın müvafiq qənaətini təqdim edir:
“Bütün mübahisələr yarışlara ziyan vurur. VAR kömək üçün təsis edilib, amma bütün bu müddət ərzində bu sistem təhrif edilib. İndi biz, VAR-ın nə vaxt istifadə edildiyini, nə vaxt edilmədiyini də bilmirik. Nəsə işləməyəndə, bizim eyni ruhda davam etməyimiz isə yolverilməzdir. Biz dəyişməliyik. Mən, hakimlər qərargahına bildirmişəm ki, biz belə davam edə bilmərik. Əgər biz gərək olanı etsək, VAR yaxşılaşacaq. Mübahisələr digər ölkələrə də sirayət edir”, deyə Tebas vurğulayıb.
Həmçinin Xavyer Tebas meydandakı “tülkülük məktəbi” – temaruz (simulyasiya) halları ilə bağlı mövqeyini də açıqlayıb. O, müvafiq halların birbaşa qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu vurğulayıb:
“Mənim üçün temaruz – birbaşa qırmızı vərəqədir. Simulyasiya – idman meydanında baş verə biləcək ən ciddi xüsuslardan biridir”, deyə Tebas bildirib.


