Tebas: “Mançester Siti”dən Avropa Şurasına şikayət ünvanlamışıq”

İspaniya La Liqasının prezdenti Xavyer Tebas rəhbərlik etdiyi qurumun “Mançester Siti”dən Avropa komissiyasına şikayət etdiyini bildirib.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Tebas, İspaniya La Liqasının hüquqi şikayətinin əsasında, “Mançester Siti”nin Avropa Şurasının rəqabət haqda qanunlarını pozmasının dayandığını vurğulayıb:

“Onların (“Mançester Siti”nin – redaktorun qeydi) etdiyi hər şey – qaydalar və təlimatlardan necə yan keçmək haqda düşünməkdən ibarətdir. Biz bu barədə dəlillər və rəqmələr təqdim etməklə, Avropa Şurasına bildirmişik.

Niyə? Çünki bu, Avropa Şurasında daxil olmayan ingilis komandasıdır, amma Avropada ticarət fəaliyyəti ilə məşğul olur. Bütün klubların, şəffaflıq qaydalarını gözləmələri, həmçinin öz ticarətinin maliyyə və idman sahələrində gerçək rəqabətdə iştirakı çox vacibdir”, deyə Tebas rəhbərlik etdiyi İspaniya La Liqasının şikayətçi mövqeyini əsaslandırıb.

İspaniya La Liqası iddia edir ki, “Mançester Siti” ehtiyatlarını qeyri-bazar şərtlərində əldə edir, sonra isə oyunçular və məşqçilərlə müqavilələr imzalayır ki, bu da adi şərtlərdə mümkün ola bilməzdi. Həmçinin La Liqa hesab edir ki, İngiltərə klubu ədalətli bazar dəyərinə müvafiq olmayan himayədarlıqlardan gəlirlər əldə edir.

Öz növbəsində “Mançester Siti” düşərgəsi İspaniya La Liqasının müvafiq ittihamlarını şərhsiz ötüşdürməklə kifayətlənib. Dərinə getməyən “şəhərlilər” vurğulayıblar ki, Tebas çoxdandır “Mançester Siti”yə hücum çəkir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: