21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) martın 17-də Bakıda təlim-məşq toplanışına yığışacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz martın 17-də Bakıda, martın 18-dən 26-na qədər də Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Azərbaycan yığmasının yeni baş məşqçisi Ayxan Abbasov bu toplanış üçün 27 futbolçuya dəvət göndərib. U-21-ə dəvət olunmuş futbolçuların siyahısı ilə tanış ola bilərsiniz:
- Rəvan Kazımov – Neftçi
- Xəyal Fərzullayev – Sumqayıt
- Səlim Həşimov – Zirə
- Raul Məmmədov – Mingəçevir
- Nadir Orucov – Sumqayıt
- İbrahim Ramazanov – Qəbələ
- Ayxan Süleymanlı – Sumqayıt
- Emin Rüstəmov – Səbail
- Həmzəali Mikayılov – Sabah
- Fəxri Məmmədli – Şamaxı
- Rüfət Abbasov – Şamaxı
- Sənan Muradlı – Sumqayıt
- Qurban Səfərov – Qarabağ
- Dinamin Bağırov – Turan Tovuz
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Edqar Adilxanov – Şamaxı
- Şahin İbrahimov – Sabah
- Okan Təhməzli – Cəbrayıl
- Mircamal Əlizadə – Turan Tovuz
- Emil Süleymanov – Qəbələ
- Cavad Kərimov – Kəpəz
- Sadiq Şəfiyev – Kəpəz
- Oruc Məmmədov – Səbail
- Ramil Nurəhmədov – Sabah
- Nihat Mehrəliyev – Qarabağ


