“Bayern”in ingilis ulduz hücumçusu Harri Keyn özünü dünya futbolunun ulduzları – Kristiano Ronaldo və Lionel Messi ilə müqayisə edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, 31 yaşlı Keyn hesab edir ki, nisbətən gənc olsaydı, ictimaiyyət onun məhsuldarlığından daha çox danışardı:
“Bu, ona bənzəyir ki, Ronaldo və Messi ağlasığmaz sayda qollar vurur, növbəti mövsümdə isə 50 qol əvəzinə 40 qol vururdular və bu, onların sanki pis mövsüm keçirməsi kimi təsir bağışlayırdı.
Adamlar qolları gərək olduğu kimi qəbul edirlər. Mən İngiltərə yığmasında 69 (artıq 70 – redaktorun qeydi) qol vurmuşam, amma sən Albaniya, Latviya və ya digər komandaların qapısına qollar vuranda, adamlar bunu sadəcə gözləyir, amma bu haqda çox danışmırlar. Deyək ki, əgər mənim indi 25 yaşım olsaydı və mən eyni şeyi etsəydim, ətrafımdakı qələbəlik, güman ki, azacıq fərqli olardı.
Yenə də, bu, futbolun bir hissəsidir. Mən müvafiq halı yaşı 30-u ötmüş bəzi digər oyunçularda da müşahidə etmişəm. Bəlkə də ola bilsin, insanları sizin nə etdiyiniz bezdirir. Amma mən lap yəqin darıxmıram. Mən qarşıdakı oyunları intizarla gözləyirəm”, deyə Keyn vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 37 oyuna çıxıb, 32 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 82 oyun, 76 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 104 oyuna 70 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.


