“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Milli fasilədən sonra ilk oyunumuz idi. Birinci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı keçdi. Amma, sonra oyun bizim üçün çətinləşdi. İstədiyimiz hücumları qura bilmirdik. İkinci hissədə komandam xeyli fəallaşdı və düşünürəm ki, vacib 3 xal qazandıq. Rəqibin əzmkar olduğunu bilirdik. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilirdilər. Biz oyuna yaxşı köklənmişdik.
Fasilədə daha çox hücumda fəal olmağa dair tapşırıqlar verdik. Çünki, 0:0 hesabı bizi qane etmirdi. “Şamaxı” əks hücumlardan, cinah asmalarından hər an fərqlənə bilərdi. Hesabı açdıq və ikinci qoldan sonra oyun bizim üçün daha rahat keçdi”.
“Zirə” növbəti 2 turda “Qarabağ” və “Neftçi” ilə qarşılaşacaq. Rəşad Sadıqov həmin oyunlardan gözləntilərini də açıqlayıb:
“Qarşıdakı oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq”.
“Şamaxı”nın məşqçisi Elnur Çodarov isə “Zirə” ilə heç-heçəyə dair bunları söyləyib:
“Öncə hamını bayram münasibətilə təbrik edirəm. Çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək, alınmadı. Hücumçumuz Maykl Tuik son anda özünü nasaz hiss etdi. Ona görə də, bu oyuna itki ilə gəldik. Birinci hissədə Vladislav Veremeyevin zədələnməsi, Leroy Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. İkinci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik, amma alınmadı. “Zirə”ni təbrik edirəm”.


