UEFA AÇ-2028-in təsnifat mərhələsinin tərtibatını təsdiqlədi

UEFA-nın İcraiyyə Komitəsi 2028-ci ilin Avropa Çempionatının (AÇ-2028) təsnifat mərhələsinin tərtibatını təsdiqləyib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətində istinadən məlumat verir.

“Meydan sahibləri (İngiltərə, İrlandiya Respublikası, Şotlandiya və Uels) 4-5 komandadan ibarət 12 qrupa qoşulacaqlar. Final mərhələsində iki yer ən yaxşı reytinqə malik, təsnifat mərhələsini keçə bilməmiş təşkialtçı ölkələrin komandaları üçün ehtiyat olaraq saxlanılacaq”, – qitə futbol qurumunun rəsmi bəyanatında deyilir.

AÇ-2028-in final mərhələsi Böyük Britaniya və İrlandiya Respublikasında keçiriləcək. Yarış 2028-ci ilin 9 İyun – 9 İyul tarixlərini əhatə edəcək.

Xatırladaq ki, İspaniya yığması cari Avropa çempionu adını daşıyır. “Qırmızı qəzəb” AÇ-2024-ün final oyunundan İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, 4-cü dəfə Avropa çempionu olmaqla, mütləq rekorda imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: