Mateus Kunya rəsmən “Mançester Yunayted”də

“Vulverhempton”un 26 yaşlı braziliyalı hücumçusu Mateus Kunya bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.

Keçid “qırmızı şeytanlar”a 74,2 milyon avro məbləğ müqabilində başa gəlib.

Braziliyalı futbolçu İngiltərə nəhəngi ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Mateus Kunya “Koritiba”nın məzunudur. Avropada debütünə “Syon”da başlamış Kunya sonralar “Leypsiq”, “Herta”, Madrid “Atletiko”su və “Vulverhempton”da çıxış edib.

Cari mövsümdə Kunya “Vulverhempton” üçün 36 oyuna çıxıb, 17 qol və 6 məhsudlar ötürmə ilə fərqlənib.

Mateus Kunya 2021-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 13 oyun keçirib, 1 qol vurub.

Kunya Braziliya millisi ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Olimpiya futbol yarışının qalibi olub.

“Tansfermarkt” internet-portalı 26 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: