U-21 millimiz Belarusla üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Belarusun U-21 yığması ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, mayın 26-dan təlim-məşq toplanışında olan Azərbaycan millisi hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun gənclərdən ibarət yığması ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
4 iyun

20:00. Azərbaycan – Belarus
Baranoviçi şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: