Joao Palinya “Bayern”dəki ilk mövsümünü qiymətləndirdi

“Bayern”in portuqal dayaq yarımmüdafiəçisi Joao Palinya Münhen klubundakı birmənalı olmayan ilk mövsümünü qiymətləndirib.

Arena.az məlumat verir ki, Palinya bu barədə UEFA Millətlər Liqasının Almaniya yığması ilə yarımfinal oyunundan (2:1) sonrakı mətbuat toplantısında, jurnalistin müvafiq sualını cavablayarkən söhbət açıb:

“Görəcəyik… Mənim buradakı müqaviləmin hələ üç il müddəti var. Mən bu klub üçün oynamaq istəyirəm. Ancaq mənə, bunu baş məşqçi və idman direktoru ilə şəxsən müzakirə etmək gərəkdir ki, burada yeni fürsət alıb-almayacağımı müyyənləşdirim. Mən buna çox ümidvaram! Yoxsa, gözləmək, baxmaq və ən yaxşı həll tapmaq gərəkdir. Futbol – indini ehtiva edir. Bu indidə mən böyük məqsədlərə müvəffəq olmaq üçün öz həyatımı da fəda etməyə hazıram.

Mənim arzum – “Bayern”də uğura müvəffəq olmaqdır. Çünki bu kluba düşmək inanılmaz dərəcədə çətin idi. Mənim həyatamda heç nə asan olmayıb. Bu isə mənim fəxr edəcəyim məqamdır. Pərişanlıq üçün heç bir əsas yoxdur. Görək, sonrası nə olacaq. Biz bunu müzakirə edəcək və mənim üçün ən yaxşı olanına qərar verəcəyik. Həmişə mübarizə aparacağam, gələcəyimin harada olmasından asılı olmayaraq, mən hazıram!”, deyə Palinya mübariz ruhda vurğulayıb.

Palinya Lissabon “Sportinq”inin məzunudur. Joao vaxtilə icarə əsasında “Moreyrense”, “Belenenseş” və “Braqa”da çıxış edib.

Joao Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında “Fulhem”dən tamhüquqlu əsasda keçib. Almaniya nəhəngi müvafiq keçid müqabilində “Fulhem”ə 51 milyon avro məbləğində ödəniş edib. Palinya Münhen klubu ilə 4 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Palinya “Bayern” üçün ümumilikdə 24 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Əlavə edək ki, Palinya bir müddət zədədən əziyyət çəkdiyi üçün öz oyununu tam aça bilməyib.

Joao Palinya 2021-ci ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 34 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: