21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib. Matç qolsuz başa çatıb.
Xatırladaq ki, U-21 millimiz iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə də yoxlama oyunu keçirmişdi. Bu oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Yoxlama oyunu
8 iyun
Azərbaycan – Monteneqro 0:0
Baş hakim: Rəşad Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 22. Xəyal Fərzullayev, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı, 15. Raul Məmmədov, 3. Rüfət Abbasov, 17. Nihad Əhmədzadə, 8. Emil Süleymanov, 6. Həsən Nəzərli, 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 9. Ağadadaş Salyanski.
Ehtiyat oyunçular: 1. Səlim Həşimov, 12. Rəvan Mirzəmmədov, 24. İbrahim Ramazanov, 13. Nadir Orucov, 27. Elgün Dünyamaliyev, 21. Sənan Muradlı, 2. Amin Rzayev, 18. İbrahim Hacı, 14. Oruc Məmmədov, 25. Dinamin Bağırov, 16. Şahin İbrahimov, 4. Sadiq Baqiyev, 26. Elcat Məmmədov, 11. Nihat Mehrəliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Monteneqro: 12. Benjamin Kriyestaraç, 7. Nikola Vukoviç, 2. Stefan Melentiyeviç, 14. Velimir Lyutiça, 18. Matiye Bednyar, 17. Draqan Miranoviç, 22. Aleksa Çetkoviç, 16. Nikola Medoyeviç, 21. Matiya Rovçanin, 20. Lazar Knejeviç, 19. Balşa Mrvalyeviç.
Ehtiyat oyunçular: 1. Filip Domajetoviç, 13. Petar Bobiçiç, 5. Damyan Dakiç, 4. Marko Franeta, 3. Balşa Vukotiç, 6. Stefan Radoyeviç, 11. Medo Yukoviç, 9. Vladimir Perişiç, 10. Viktor Cukanoviç.
Baş məşqçi: Nikola Rakoyeviç.


