“Fluminense”nin baş məşqçisi Renato Qauşo 2025-ci il FIFA Klub Dünya Kubokunun “Çelsi” ilə yarımfinal oyunundan gözləntisini açıqlayıb.
Arena.az ESPN şəbəkəsinə istinadən, 62 yaşlı braziliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, səbrin sınağı olacaq. Biz ehtiyatlı olacağıq. Əlbəttə, topa sahibolma vacib amil olacaq, xüsusən saat 15:00-da (yerli vaxtla – redaktorun qeydi), hava isti ikən. Dəhşət istidir!
Əgər rəqibə daima qovub-çatmaq lazım gəldikdə, əgər topsuzsansa, onda dəhşət yorulursan. Biz “Çelsi”yə böyük hörmət bəsləyirik, amma bu, şahmata bənzəyir. Şübhəniz olmasın, oyun gərgin olacaq, uzağı, mən düşünürəm ki, fürsətlər çox olmayacaq. Qələbəni bütün şərtlərdən daha yaxşı istifadə edəcək tərəf qazanacaq”, deyə Renato Qauşo vurğulayıb.
Xatırladaq ki, “Fluminense” – “Çelsi” oyunu bu gün, iyulun 8-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


