Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Qəbələ” heyətini braziliyalı müdafiəçi Eduardo Kunde ilə gücləndirib.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, 27 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Monteneqro əsilli braziliyalı futbolçunun sonuncu klubu İndoneziya Super Liqa təmsilçisi “Persis Solo” olub.
Eduardo Kunde daha öncə Bolqarıstanda “Botev” (Vratsa), Braziliyada “Operario”, “Bruske”, Yaponiyada isə “Saqamihara” klublarının da formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” daha öncə Pirins Ovusu, Paulo Kimbila, İsaak Amoa və Adriel Ba Luanı da transfer etmişdi. Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli (“Baku Sportinq”, icarə), Elvin Yunuszadə, Sənan Ağalarov (“Baku Sportinq”, icarə) və Ürfan İsmayılov isə komandanı tərk ediblər.


