21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Portuqaliya – Azərbaycan oyununun hakimləri bəlli olub.
Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Xaralampus kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.
Xatırladaq ki, Portuqaliya – Azərbaycan görüşü sentyabrın 5-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.


