Azərbaycan millisinin heyətində 2 dəyişiklik

Sabah doğma meydanda Ukrayna yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər baş verib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 milli komandamızın heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybullayev (“Sabah”) əsas yığmaya cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə qarşılaşacaq. U-21 millimiz isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə üz-üzə gələcək. Hər iki görüş Bakıda baş tutacaq.

Sözügedən oyunlar ərəfəsində AFFA rəhbərliyi Azərbaycan millisinin baş məşqçisi Fernando Santosu istefaya göndərib. Bu üzdən də əsas millimizi Ukrayna ilə oyuna U-21 millimizin baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Onun əvəzində U-21 yığmamızı da bolqarlarla görüşə Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: