Rəşad Eyyubov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) müvəqqəti baş məşqçisi təyin edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
AFFA rəhbərliyi onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.


