U-21 millimizin Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) müvəqqəti baş məşqçisi Rəşad Eyyubov qarşıdakı toplanış üçün heyəti açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmaları ilə qarşılaşacaq. Artıq millimizin bu oyunlar üçün heyəti də müəyyənləşib.

U-21-in heyətini və oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

  1. Rəvan Mirzəmmədov – Sabah
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Səlim Həşimov – Şamaxı
  4. İbrahim Ramazanov – Turan Tovuz
  5. Elgün Dünyamalıyev – Cəbrayıl
  6. Raul Məmmədov – Kəpəz
  7. Nadir Orucov – Sumqayıt
  8. Emin Rüstəmov – Səbail
  9. Əkbər Eyubov – Zirə
  10. Sənan Muradlı – Şamaxı
  11. Rüfət Abbasov – Şamaxı
  12. Fəxri Məmmədli – Səbail
  13. Eşqin Əhmədov – Qəbələ
  14. Hikmət Cəbrayılzadə – Qarabağ
  15. Murad Məmmədov – Neftçi
  16. Nihad Əhmədzadə – Sumqayıt
  17. Emil Süleymanov – Şamaxı
  18. Oruc Məmmədov – Şamaxı
  19. Şahin Şahniyarov – Qəbələ
  20. Şahin İbrahimov – Sabah
  21. Xəyal Əliyev – Sabah
  22. Ağadadaş Salyanski – Neftçi
  23. Nahid Əliyev – Şəfa
  24. Sadiq Şəfiyev – Kəpəz

Xatırladaq ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.

10 oktyabr
20:00. Çexiya – Azərbaycan
Karvina şəhər stadionu.

14 oktyabr
19:00. Azərbaycan – Şotlandiya
Bakı, “Dalğa Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: