21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Çexiya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yovan Kaçevski olacaq. Ona yan xətt hakimləri Daniel Vasilevski və Aleksandar Gyorgyeski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda keçiriləcək.
Çexiya – Azərbaycan
Baş hakim: Yovan Kaçevski.
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski.
Dördüncü hakim: Krumislav Gyorgiev (Hakimlər briqadası Şimali Makedoniyadandır).
Karvina şəhər stadionu. Saat 20:00.


