Azərbaycan – Şotlandiya oyunu qazaxlara tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Şotlandiya oyununa təyinatlar açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Sayatu Karabayev idarə edəcək. Ona yan xətt hakimləri Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan – Şotlandiya matçı oktyabrın 14-də “Dalğa Arena”da keçiriləcək. Mərdəkandakı görüşə saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: