21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, U-21 yığmamız Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.
Bu matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, millimizin yer aldığı B qrupunda Portuqaliya yığma komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllüttariqin xalı yoxdur.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
14 oktyabr
Azərbaycan – Şotlandiya
Baş hakim: Sayat Karabayev.
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski.
Dördüncü hakim: Saken Bayimbet.
(Hakimlər briqadası Qazaxıstandandır).
Bakı. “Dalğa Arena”. Saat 19:00.


