U-21 millimiz Cəbəllütariqə səfərdə qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda yer almış millimiz 5-ci oyununda səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Europa Point Stadium”da keçirilmiş oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, U-21 yığmamız daha öncə keçirdiyi 4 oyunda 2 heç-heçə və 2 məğlubiyyət görmüşdü. İlk qələbəsini qazanmaq arzusunda olan yığmamız 2 xalla 5-ci sırada qərarlaşmışdı. Keçirdiyi 5 oyunun hamısında uduzmuş Cəbəllütariq yığması isə qrup sonuncusu idi.

Rəşad Eyyubovun rəhbərlik etdiyi yığmamız bu görüşdə nəhayət ki, qələbə qazanmağa nail olub. Komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi xallarının sayını 5-ə çatdırıb.

Millimiz qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
18 noyabr

Cəbəllütariq – Azərbaycan 0:1
Qol: Murad Məmmədov, 54.
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman (Hakimlər briqadası Rumıniyadandır).
“Europa Point Stadium”. Saat 22:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: