“Kəpəz” Qəbələni Yevlaxa dəyişdi – Rəsmi

“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Arena.az bu arədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Bildirilir ki, “Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

“Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” tərəfinin razılıq məktubunu nəzərə alaraq PFL Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə qərar verib”, – məlumatda deyilir.

Xatırladaq ki, Gəncə təmsilçisi indiyə qədər ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi. Elə Yevlax təmsilçisi də rəqiblərini Şamaxıda qəbul edirdi. Bir sözlə, “Karvan”ın sabah qarşılaşacağı “Kəpəz”lə görüş də meydan sahibləri üçün əlamətdar olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: