Elmar Baxşıyev: “Qəbələ”yə qalib gəlmək üçün heç nə etmədik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə keçirilmiş görüşündə Naxçıvan təmsilçisi 1:2 hesablı məğlubiyyətə üzülüb.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq”.

Baxşıyev keçmiş komandası ilə oyunda məğlub olmalarına da münasibət bildirib:

“Mənim “Qəbələ” ilə heç bir prinsipim yoxdur. Sadəcə, komandanın oyundan qopması məni kədərləndirir. “Qəbələ” qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: