Seydina Keyta “Qəbələ”də – Rəsmi

Son olaraq “Panevejis”də çıxış etmiş seneqallı mərkəz müdafiəçisi Seydina Keyta bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı futbolçu ilə 6 ay +1 illik müqavilə imzalanıb. Bu, “Qəbələ”nin qış fasiləsindəki ilk transferidir.

Xatırladaq ki, təcrübəli müdafiəçinin sonuncu klubu “Panevejis” (Litva) olub. O, 2022-ci ilin yayında qoşulduğu bu komandanın heyətində 72 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seydina Keyta karyerası ərzində “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: